UEFA-dan Mançester klubları ilə bağlı qərar
“Mançester Yunayted” və “Mançester Siti” sahiblərinin digər klubları ilə birlikdə avrokuboklara buraxılacaq.
Msport.az xəbər verir ki, hər iki Mançester klubuna və sahiblərinin məxsus olduğu digər komandalara növbəti mövsüm Avropa arenasında iştirak etmək icazəsi verilib.
“Mançester Yunayted” və “Nitsa” Avropa Liqasına vəsiqə qazanıb. Cim Ratkliffin şirkəti “Ineos” ingilis klubunun 27,7% səhmlərinə sahibdi və 2019-cu ildə “Nitsa”nı alıb. Eyni zamanda “Mançester Siti” də “Jirona” ilə birlikdə Çempionlar Liqasında yer alacaq. Hər iki klub “City Football Group”a daxildi.
UEFA-nın Klubların Maliyyəsinə Nəzarət Şurası bu gün bir neçə klubla sahiblik məsələləri ilə bağlı görüş keçirməlidi. Qurum müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Mançester komandalarının “Nitsa” və “Jirona” ilə birlikdə avrokuboklarda oynamasına icazə verəcək. Eyni zamanda bunun keçid mövsümü olacağı və gələcəkdə bu qədər çox güzəştlərin olmayacağı barədə məlumat veriləcək.