featured-image-37355

UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun “Qarabağ”la və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyundan öncə Qarabağdakı vəziyyəti izləyir.

Msport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

“UEFA vəziyyəti izləyir və ev sahibi tərəflə sıx əlaqə saxlayır. İndiki mərhələdə bizim əlavə şərhimiz yoxdur” – deyə, Avropanın ali futbol qurumunun mətbuat xidmətinin nümayəndəsi bildirib.

Sentyabrın 19-da Qarabağda növbəti Azərbaycan ordusu ilə Ermənistanın silahlı qruplaşmaları arasında növbəti qarşıdurma başlayıb.

“Qarabağ” – “Molde” oyunu sentyabrın 21-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq.

Bənzər xəbərlər