featured-image-23178

“Real”ın almaniyalı futbolçusu Toni Kroos UEFA-nın Millətlər Liqası turnirini yaratmasını tənqid edib.

Msport.az “As”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Superliqa ideyasını dinləməyin vacib olduğunu deyib:

“Mənə elə gəlir ki, biz ancaq UEFA-nın mövqeyini eşidirik. Özü də çox tez-tez. Niyə heç kimə lazım olmayan Millətlər Liqasını yaratmaq UEFA üçün normal olmalıdır? BU səbəbdən oyunların təqvimi daha sıx olub. Heç kim də bu təşkilata sual vermir.

Ona görə də fikirləşirəm ki, digər təklifləri dinləmək lazımdır, məsələn Avropa Superliqasının yaradılması ilə bağlı. Belə təəssürat yaranır ki, artıq bizə qulaq asan yoxdur”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər