UEFA İnfantinonu tənqid etdi
ABŞ prezidenti Donald Trampın turuna qatıldığı üçün FIFA konqresinə gecikən ali futbol qurumunun rəhbəri Canni İnfantino UEFA tərəfindən tənqid edilib.
Msport.az xəbər verir ki, Avropa futbol qurumundan verilən açıqlamada FIFA Konqresinin cədvəlində son dəqiqə dəyişikliklərinin çox təəssüf doğurduğu bildirilib:
“Bu konqres futbolun ən mühüm hadisələrindən biridir və 211 ölkəni bütün dünyada idmana təsir edən məsələləri müzakirə etmək üçün bir araya gətirir.
Ev sahibləri, Paraqvay Futbol Federasiyası və KONMEBOL-dakı tərəfdaşlarımız bu qədər nümayəndəni qəbul etmək üçün böyük səy göstərdilər və biz onlara qonaqpərvərliyə görə təşəkkür edirik. Amma son anda cədvəlin dəyişdirilməsi, zahirən sadəcə, şəxsi siyasi maraqlara uyğun gəlsə də, oyuna heç bir fayda vermir və maraqlarını ikinci plana qoyur.
Küçələrdən tutmuş tribunalara kimi futbola xidmət etmək üçün hamımız öz postlarımızdayıq. UEFA Şurası və FİFA üzvləri oyunun ilk növbədə olduğunu bir daha vurğuladılar”.