UEFA Konfrans Liqası: “Başakşəhər” Almaniya klubunu qəbul edəcək
Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsində V turun oyunları keçiriləcək.
Msport.az xəbər verir ki, futbol azarkeşləri 18 qarşılaşmaya şahidlik edəcəklər.
İngiltərənin “Çelsi” komandası Qazaxıstanda “Astana”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” isə doğma meydanda Almaniyanın “Haydenhaym” klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
UEFA Konfrans Liqası
Əsas mərhələ, V tur
12 dekabr
17:00. “Vikinqur” (İslandiya) – “Yurqorden” (İsveç)
19:30. “Astana” (Qazaxıstan) – “Çelsi” (İngiltərə)
21:45. “Başakşəhər” (Türkiyə) – “Haydenhaym” (Almaniya)
21:45. “Olimpiya” (Sloveniya) – “Serkl Brügge” (Belçika)
21:45. “Dinamo” (Belarus) – “Larne” (Şimali İrlandiya)
21:45. “Legiya” (Polşa) – “Luqano” (İsveçrə)
21:45. “Noa” (Ermənistan) – APOEL (Kipr)
21:45. “Kopenhagen” (Danimarka) – “Harts” (Şotlandiya)
21:45. “Fiorentina” (İtaliya) – LASK (Avstriya)
21:45. HİK (Finlandiya) – “Molde” (Norveç)
21:45. “Petrokub” (Moldova) – “Betis” (İspaniya)
00:00. “Mlada Boleslav” (Çexiya) – “Yagelloniya” (Polşa)
00:00. “Sankt Qallen” (İsveçrə) – “Vitoriya” (Portuqaliya)
00:00. TNS (Uels) – “Panatinaikos” (Yunanıstan)
00:00. “Gent” (Belçika) – TSK (Serbiya)
00:00. “Omoniya” (Kipr) – “Rapid” (Avstriya)
00:00. “Pafos” (Kipr) – “Tselye” (Sloveniya)
00:00. “Şemrok Rovers” (İrlandiya) – “Borats” (Bosniya və Herseqovina)
Qeyd edək ki, Konfrans Liqasının əsas mərhələsində VI tura dekabrın 20-də start veriləcək.