UEFA Mahir Emrelinin qolunu avtoqol kimi dəyişdi
UEFA Xorvatiya “Dinamo”sunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Astana”ya qarşı keçirdiyi matçda ilk qolun müəllifini dəyişib.
Msport.az xəbər verir ki, epizodu nəzərdən keçirən UEFA onu “Astana”nın müdafiəçisi Aleksandr Maroçkinin adına avtoqol kimi qeyd edib. Qol əvvəlcə millimizin üzvü Mahir Emrelinin adına yazılmışdı.
“Dinamo” rəqibinə 4:0 və 2:0 qalib gələrək növbəti mərhələyə adlayıb.







