featured-image-17050
UEFA Fransanın “Nant” klubunu cəzalandırıb.
Msport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna Liqa 1 təmsilçisinin azarkeşlərinin evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yol verdikləri hərəkətlər səbəb olub.
Klub “Bojuar” stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro cərimələnib. Üstəlik, UEFA İtaliya “Yuventus”una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.
Bundan başqa, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün “Nant”a xəbərdarlıq edilib.

Bənzər xəbərlər