featured-image-37069

Ukrayna Futbol Federasiyası UEFA-ya etiraz edib.

Msport.az xəbər verir ki, buna qitəninin ali futbol qurumunun rusiyalı hakim Vera Opeykinaya təyinat verməsi səbəb olub.

FİFA referisi qadınlar arasında Millətlər Liqasının Ermənistan – Qazaxıstan oyununu idarə edəcək. Oyun sentyabrın 26-da keçiriləcək.

Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya hərbi hücuma başladığı 2022-ci ilin fevralından sonra UEFA-dan Rusiyaya verilən ilk təyinatdır. Həmin vaxtdan Rusiya komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb, hakimlər isə FİFA və UEFA bayrağı altında keçirilən oyunları idarə edə bilmirlər.

Ukrayna Futbol Federasiyası yaydığı bəyanatda UEFA-dan qərara yenidən baxılmasını və təyinatı ləğv etməsini xahiş edib. Bu zaman Rusiya komandalarının və həmin ölkədən olan nümayəndələrin son 1,5 il ərzində beynəlxalq oyunlara buraxılmadığı xatırladılıb. Həmçinin Rusiyanın Ukraynaya hərbi təcavüzündən bəhs edilib.

Bənzər xəbərlər