featured-image-64223

UEFA VAR sistemi ilə bağlı maraqlı məlumat paylaşıb.

Msport.az xəbər verir ki, araşdırmaya əsasən, hakimlər orta hesabla hər oyunda 200 qərar verirlər.

Bu isə o deməkdir ki, 20-25 saniyədən bir hakim oyuna müdaxilə etməli olur. Diqqətçəkən məqam odur ki, referilərin VAR-in köməyindən yararlanmadan verdikləri qərarların 97,49 faizi doğrudur. Texnologiya vasitəsilə düzgün qərar vermə faizi 99,60-a artır.

Plana əsasən, mövsümün əvvəlindən sonuna qədər UEFA turnirlərində ümumilikdə 1163 oyunda VAR-dan istifadə olunmalıdır. Videotəkrar olmasaydı, hər 2,4 oyundan bir kobud səhvə yol verilərdi. VAR-ın sayəsində yanlış qərar vermə 16 matçdan bir olur.

Bənzər xəbərlər