“UEFA özünü, FİFA da özünü düşünür“ – Ançelotti
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti oyun təqvimindən narazılığını bildirib.
Msport.az xəbər verir ki, Ançelotti öz açıqlamasında futbolçuların sağlamlığını önə çəkib:
“Oyun təqvimimiz çox sıxdı, bir neçə gündən bir matçımız var. Futbolçuların sağlamlığına nəzarət etməliyik. Onlar futbolun ən vacib hissəsidir, lakin hər kəs özünü düşünür. Heç kim bu qədər oyunun futbolçular üçün zərərli olduğunu demir. Liqa özünü, federasiya özünü, UEFA özünü, FİFA da özünü düşünür. Belə davam edə bilmərik, nələrsə dəyişməlidi”.
Qeyd edək ki, “Real” hazırda hər üç turnirdə çıxışını davam etdirir. “Kral klubu” mayın 6-da “Osasuna”yla, 9-u isə “Mançester Siti”ylə qarşılaşacaq.
Royal Türksoy







