featured-image-17824

 

UEFA Fransanın “Nant” komandasına tətbiq etdiyi sanksiyanı yüngülləşdirib.

Msport.az xəbər verir ki, qitə futbol qurumu Liqa 1 təmsilçisinin “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yerli azarkeşlərin davranışına görə kluba verdiyi tribunaların qismən bağlanması qərarını ləğv edib.

Bu isı o deməkdir ki, Nant şəhərinin eyniadlı klubunun evdə İtaliya “Yuventus”una qarşı pley-off matçında tamaşaçı sayına məhdudiyyət qoyulmayacaq.

Ağdam klubu ilə görüşdə “Bojuar” stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro məbləğində cərimələr isə qüvvədə saxlanılıb.

Bənzər xəbərlər