featured-image-21419

UEFA Millətlər Liqası, eləcə də Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatını dəyişib.

Msport.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında qəbul olunub.

2024-cü ildən tədbiq ediləcək yeniliyə əsasən, Millətlər Liqasında “Dördlər finalı”ndan öncə pley-off oyunları keçiriləcək. A Liqasında qrup birinciləri ilə ikinci yeri tutan komandalar, ev və səfərdə olmaqla, 1/4 final matçları keçirəcəklər və qaliblər “Dördlər finalı”na vəsiqə əldə edəcəklər.

Bundan başqa, A Liqasında üçüncü yeri tutanlar B Liqasının ikinciləri, B Liqasında üçüncü olanlar isə C Liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.

Seçmə mərhələlərdə isə qrupların sayı artırılacaq. Ölkələr hərəsində 4 və ya 5 komanda olmaqla 12 qrupa bölünəcək. Qrup qalibləri Avropa və ya dünya çempionatlarına birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan yığmalar isə nüfuzlu turnirlərə ya birbaşa, ya da pley-off matçlarından sonra yollanmaq hüququ qazanacaqlar.

UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatında isə komanda sayının artırılmayacağını açıqlayıb. Yeni format 2024-cü ildən sonra tətbiq olunacaq.

Bənzər xəbərlər