UEFA Simeone ilə bağlı araşdırmaya başladı
UEFA “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Msport.az xəbər verir ki, buna səbəb UEFA Çempionlar Liqasının son oyununda – “Liverpul”a (2:3) qarşı keçirilən matçın son dəqiqələrində baş verən qalmaqallı hadisədir.
Argentinalı mütəxəssis tribunada yer alan “Liverpul” azarkeşi ilə mübahisəyə girib və emosiyalarına nəzarət edə bilməyərək, həmin şəxsə tərəf hücum çəkməyə çalışıb. Hadisənin dərhal ardından baş hakim Simeoneyə qırmızı vərəqə göstərib.
İnsident bununla bitməyib. Hadisə zamanı “Atletiko”nun məşqçilər heyətindən biri azarkeşə tüpürüb. Bu məqam videoyazılarda da açıq şəkildə görünür.
UEFA-nın başladığı araşdırma nəticəsində Simeonenin ciddi cəza alacağı gözlənilir.