UEFA Superkubokun yerini açıqladı
2026-cı ildə UEFA Superkubokunun keçiriləcəyi yer bəlli olub.
Msport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Matç Avstriyada “Zalsburq” stadionunda təşkil olunacaq. Arena Avstriyanın “Red Bull Zalsburq” klubunun ev stadionudur. Bu stadion 2008-ci ildə Avropa çempionatının qrup mərhələsində 3 oyuna ev sahibliyi edib.
Superkubok qarşılaşması 2026-cı ilin avqustunda baş tutacaq. Ötən il bu titul uğrunda Çempionlar Liqasının qalibi PSJ və Avropa Liqasının qalibi “Tottenhem” mübarizə aparmışdı. Görüş əsas və əlavə vaxtda 2:2 hesabı ilə başa çatmış, penaltilərdə (4:3) Paris təmsilçisi qalib gəlmişdi.