UEFA Superkubokunun qalibi müəyyənləşir
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.
Msport.az xəbər verir ki, həlledici oyunda PSJ (Fransa) və “Tottenhem” (İngiltərə) üz-üzə gələcək.
İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşün baş hakimi portuqaliyalı Joan Pineyro olacaq. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev isə matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasının, “Tottenhem” isə Avropa Liqasının qalibi olub.