featured-image-65428

UEFA Avropa Liqasının mükafatlandırma mərasimində medal çatışmazlığına görə “Tottenhem”dən üzr istəyib.

Msport.az xəbər verir ki, Avropa futbol qurumunun yayımladığı açıqlamada bildirilib:

“Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların sayındakı gözlənilməz uyğunsuzluq səbəbindən kifayət qədər medal olmadı. Mərasimə əvvəlcədən planlaşdırıldığından daha çox komanda üzvü, o cümlədən zədəli oyunçular qatıldı. Çatışmayan medallar dərhal paltardəyişmə otağında qalib komandaya təhvil verildi və bu səhvə görə üzr istəyirik”.

Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının finalında “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəlib. Mərasimdə London klubunun kapitanı Son Xın Min və daha iki nəfər medalsız qalıb.

 

Bənzər xəbərlər