featured-image-59360

İngiltərə futbolunun əfsanələrindən olan Ueyn Runi İngiltərənin “Plimut Arqayl” klubunun baş məşqçi postundan istefaya göndərilib. Msport.az xəbər verir ki, komanda Çempionşipdə sonuncu yeri tutur.

Klubun yaydığı açıqlamada qeyd olunur ki, tərəflər müqavilənin qarşılıqlı razılıq əsasında pozulması barədə razılığa gəliblər.

Runi ilə birgə onun köməkçiləri Mayk Felanla Saymon Ayrlend də “Plimut Arqayt”ı tərk edir.

“Mançester Yunayted”in heyətində Çempionlar Liqası və Avropa Liqasının qalibi olan Ueyn Runinin məşqçilik karyerası hələ ki istənilən kimi alınmır. 39 yaşlı mütəxəssis son 4 ildə dördüncü klubdan istefaya göndərilir.

Bənzər xəbərlər