featured-image-41730

“Arsenal” 2019-20 mövsümündən bəri İngiltərə Kubokunun 4-cü raundu səddini keçə bilmir.

Msport.az xəbər verir ki, London klubu bu dəfə “Liverpul”a 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

2020-ci ildə İngiltərə Kubokunu qazanan “topçular” artıq 4 ildir ki, startda büdrəyir. 1990-cı illərin ortalarından bəri “Arsenal”ın belə 4 illik uğursuz seriyası olmamışdı. Komanda sonuncu dəfə bu durumla üzləşəndə beşinci ildə ölkə Kubokunu qazanıb (1997-98 mövsümündə).

Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasında da 20 turdan sonra 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

Bənzər xəbərlər