featured-image-39804

“Mövsümün əvvəlində zədəli basketbolçularımız oldu. Nəticədə müəyyən müddət hamımız bir yerdə məşq edib, hazırlaşa bilmədik. Bu səbəbdən də arzulanan kimi çıxış etmək mümkün olmadı”.

Msport.az xəbər verir ki, bunu “Gəncə”nin basketbolçusu Derek Rouds klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Amerikalı basketbolçu müəyyən məqamlarda təcrübənin çatmadığını vurğulayıb: “Yeni və gənc oyunçulardan ibarət komandanın nəticə qazanması üçün təcrübə əsas açardır. Heyətdə istedadlı uşaqlar var, onlar hələ bir-birilərinə tam uyğunlaşmayıblar. Bir nöqtəyə gəlib çıxmaq üçün bizə təcrübə qazanmaq vacibdir. Zamanla komanda formalaşır, basketbolçular kollektivə öyrəşirlər. Startımız uğurlu alınmayıb. Bu, təbii ki, bizi narahat edir. Amma müəyyən müddətdən sonra hər şey yoluna düşəcək. Toparlanmalı, qələbələrə doğru birgə addımlamalıyıq”.

30 yaşlı hücumçu komandanın ardıcıl səfərdə oynamasına da münasibət bildirib: “Çempionata evdən kənarda başladıq və elə də davam etdi. Səfərdə 3 matç oynamışıq. Düzdür, marafon uzundur. Artıq həftəsonu Gəncədə meydana çıxacağıq. Meydan və azarkeş amili tərəfimizdə olacaq. Enerjimiz və emosiyalarımız çox olacaq və düşünürəm ki, bu, bizim xeyrimizə işləyəcək. Yaxşı bir şeyin başlanğıcı olacaq”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında keçirdiyi hər 3 oyunda məğlub olan “Gəncə” 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər