featured-image-30007

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinalında hər iki oyunda “İnter”ə məğlubiyyəti şərh edib.

Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis hər şeyi yenidən başlaya biləcəklərini deyib:

“Birinci oyunun ilk 15 dəqiqəsində zəif təsir bağışladıq. Lakin futbolçuların istəksiz olmasını demək doğru deyil. Çox təəssüf, çünki bura kimi gəlmişdik. Mən məyusam? Bu qaçılmazdır. Mövsüm biz düşündüyümüzdən ağır keçdi, lakin bizə çox şeyi öyrətdi.

Əgər obyektiv danışsaq, gənc komandanın 2-ci yeri tutması və skudettonu qazanmasını nəzərə alaraq uğursuzluqdan danışmaq olmaz. Derbidə, yarımfinalda mübarizəni dayandırmaq məyusluq yaradır. Bizdə nəsə çatmadı.

Qarşıda A seriyasının daha 3 oyunu var. Biz hər şeyi yenidən inamla başlaya bilərik. Çünki fundament qoyulub”.

ANAR

Bənzər xəbərlər