featured-image-28562

Ukrayna millisi Almaniya ilə yoldaşlıq oyunu keçirəcək. Msport.az xəbər verir ki, xeyriyyə matçı iyunun 12-də Bremendəki “Vezerştadion”da olacaq.

Bu görüş Almaniya yığmasının tarixində 1000-ci oyun olacaq.

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavlenko bildirib ki, matçdan əldə olunacaq gəlir müharibədən zərər çəkənlərin hesabına köçürüləcək.

Bundan başqa, Almaniya iyunun 16-da Varşavada Polşa ilə, iyunun 20-də isə Helzenkirhendə Kolumbiya ilə üz-üzə gələcək.

ANAR 

Bənzər xəbərlər