featured-image-62325

Ukrayna Gənclər və İdman Nazirliyi “Zenit”in məşqçisi Anatoli Timoşuku Əməkdar İdman Ustası adından məhrum edib. Msport.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb.

Timoşuk “Şaxtyor”, “Bayern”, “Zenit” və “Kayrat” klublarında çıxış edib. O, Ukrayna millisinin şərəfini qoruyub. Veteran futbolçu “Zenit”də karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb.

2022-ci ilin martında Ukrayna Futbol Federasiyasının İntizam Komitəsi Timoşuku məşqçi lisenziyasından, həmçinin Ukrayna çempionu titulundan məhrum edib. Ona ömürlük Ukraynda futbolla məşğul olmağa qadağa qoyulub.

Qeyd edək ki, 2024-cü ilin dekabrında CAS qərar qəbul etmişdi ki, Ukrayna tərəfi Timoşuku titullarından məhrum edə bilməz.

 

 

 

Bənzər xəbərlər