Ukrayna – Gürcüstan oyununun yeri açıqlandı
Ukrayna millisinin UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində Gürcüstan yığması ilə ev oyununu harada keçirəcəyi bəlli olub.
Msport.az xəbər verir ki, oyun Slovakiyanın Koşitse şəhərində keçiriləcək.
Qarşılaşma noyabrın 17-də Koşitse Futbol Arenasında oynanılacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Ukrayna millisi Gürcüstanla görüşdən əvvəl, noyabrın 14-də səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Ukrayna millisi Rusiya ilə münaqişə səbəbindən ev oyunlarını əvvəl Polşada, daha sonra İspaniya, Çexiya, Almaniya və Slovakiyada keçirib.







