Ukrayna millisi ona tapşırılacaq
Sergey Rebrov Ukrayna milli komandasının yeni baş məşqçisi olacaq. Msport.az xəbər verir ki, jurnalist İqor Burbas bu məlumatı yayıb. Kiyev “Dinamo”sunun əfsanəsi baş məşqçi postunda Aleksandr Petrakovu əvəzləyəcək:
“Ukrayna yığması növbəti dəfə yeni baş məşqçinin rəhbərliyi altında toplaşacaq. Bu, artıq aydın görünür. Əgər marta kimi Sergey Rebrov “Əl Əyn”lə vidalaşsa, həmin vaxtdan etibarən millidə işinə başlayacaq. O, artıq Ukrayna Futbol Federasiyası ilə müqavilənin bütün detallarını müzakirə edib. Əgər iyuna kimi klubda qalası olsa, təlim-məşq toplanışını onun məşqçilər korpusu keçirəcək.
Bu o deməkdir ki, Aleksandr Petrakovun yığmadakı missiyası başa çatıb. Onun müqavilə müddəti başa çatır və ötən həftə İcraiyyə Komitəsində anlaşmanın uzadılması müzakirə olunmayıb”.