featured-image-30083

Sergey Rebrov Ukrayna millisinin yeni baş məşqçisi olacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 48 yaşlı mütəxəssislə artıq razılıq əldə olunub. Ukrayna Futbol Federasiyası Slaven Biliçlə danışıqlar uğursuz nəticələndikdən sonra məhz Rebrov variantı üzərində dayanıb. Yaxın vaxtlarda onun təyinatı rəsmən açıqlanacaq.

Rebrov əvəllər Ukrayna yığmasında köməkçi məşqçi kimi çalışıb. O, hazırda Səudiyyə Ərəbistanının “Əl Əyn” klubuna rəhbərlik edir. Onun müqaviləsi iyun ayına kimidir.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər