featured-image-20461

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi postundan ayrılıb.

Msport.az xəbər verir ki, Aleksandr Petrakov istefa ərizəsini futbol vederasiyasına təqdim edib.

Bu barədə UFF-nın mətbuat xidməti məlumat yayıb. Ayrılığın səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda pley-offda Uelə uduzaraq DÇ-2022-yə vəsiqə qazana bilməmişdi. Mütəxəssis buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb.

Bənzər xəbərlər