Ukrayna millisinin futbolçusu Türkiyə klubunda
Ukrayna millisinin futbolçusu Daniil Sikan karyerasını Türkiyədə davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçunun özü məlumat verib. Futbolçu tezliklə “Trabzonspor”la müqavilə bağlayacağını söyləyib.
Daniil Sikan bu mövsüm “Şaxtyor”un heyətində 18 oyunda 4 qol vurub. O, Ukrayna millisində keçirdiyi 7 matçda 1 qolla yadda qalıb.