featured-image-31542

Ukrayna millisinin üzvü Andrey Yarmolenko müqavilə müddətinin başa çatması ilə əlaqədar “Əl Əyn” klubunu tərk edəcək.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinə ötən ilin iyulunda azad agent kimi qoşulmuşdu.

O, 33 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki “Əl Əyn”ə ukraynalı mütəxəssis Sergey Rebrov rəhbərlik ediridi.

“Əl Əyn” yerli çempionatda 2-ci yeri tutub və 3 turnirin finalında  – Liqa kuboku, Prezident kuboku və BƏƏ-nin Superkubokunda uduzub.

Bənzər xəbərlər