featured-image-27952

Ukrayna prezidenti Vladimir Zelenski yeni fərman imzalayıb. Msport.az xəbər verir ki, fərmana əsasən bir çox rusiyalı idmançıya sanksiya tətbiq olunub.

Onların arasında ÇSKA-nın qapıçısı İqor Akinfeyev və “Ural”ın yarımmüdafiəçisi Yuri Qazinski də var.

Ukrayna dövlət başçısının qərarına əsasən, siyahıya düşən  şəxslərin Ukrayna ərazisinə gəlməsi, orda sahibkarlıq fəaliyyəti ilə məşğul olması və əmlaka yiyələnməsi qadağan edilir.

Sanksiya Rusiya millisinin sabiq futbolçuları – Diniyar Biliyaletdinov və Veniamin Mandırıkinə tətbiq olunub.

Ümumilikdə siyahıda 87 nəfərin adı var.

ANAR

 

Bənzər xəbərlər