featured-image-25892

Ukrayna milllisi İngiltərə Premyer Liqası klubu ilə yoldaşlıq oyunu keçirəcək. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna seçməsi “Brentford”la qarşılaşacaq.

Oyun martın 23-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Adi azarkeşlər stadiona daxil ola bilməyəcəklər. Matç bağlı qapılar arxasında keçiriləcək və arenaya yalnız hər iki tərəfin nümayəndələri buraxılacaq.

“Brentford” 27 oyundan 42 xal toplayaraq Premyer Liqada 8-ci yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər