Ukrayna yığmasının baş məşqçisi açıqlandı
Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.
Müqavilə 2026-cı il iyulun 30-a kimi nəzərdə tutulub. Son vaxtlar yığmaya müvəqqəti olaraq Ruslan Rotan rəhbərlik edirdi.
49 yaşlı mütəxəssisin son iş yeri BƏƏ-nin “Əl Əyn” klubu olub. Rebrov bundan başqa, “Ferentsvaroş” (Macarıstan), “Əl Əhli” (Səudiyyə Ərəbistanı) və Kiyev “Dinamo”sunda da işləyib.
O, 2010-2111-ci illərdə Ukrayna yığmasının məşqçilər korpusunda təmsil olunub.
ANAR ABDULLAYEV







