featured-image-21141

Ukraynalı futbolçu Orest Lebedenko İspaniyada klubunu dəyişib.

Msport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Deportivo” ilə müqavilə imzalayıb.

Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulsa da, anlaşmaya onun daha 2 il uzadılması bəndi əlavə olunub.

Orestin son klubu İspaniya Sequndasında çıxış edən “Luqo” olub. Vaxtı ilə La Liqanın iddialılarından olan “Deportivo” isə İspaniyanın üçüncü divizionu sayılan Primerada çıxış edir.

Bənzər xəbərlər