featured-image-20784

İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, La Liqa təmsilçisi ukraynalı yarımmüdafiəçi Viktor Çiqankovu heyətinə qatıb.

Kiyev “Dinamo”sunun yetirməsi İspaniya klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Jirona” bu transfer üçün “Dinamo”ya 5 milyon avro ödəyib.

Ukrayna millisinin də üzvü olan 25 yaşlı vinger 2016-cı ildən “Dinamo”nun əsas komandasında forma geyinirdi.

Bənzər xəbərlər