Ukraynalı futbolçu “Valensiya” ilə anlaşdı
“Brügge”nin hücumçusu Roman Yaremçuk “Valensiya”ya keçib.
Msport.az xəbər verir ki, ukraynalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Məlumatı İspaniya klubunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, Yaremçuk “Brügge”yə 2022-ci ilin yayında “Benfika”dan transfer olunub.







