featured-image-46566

Almaniyanın “Bavariya” klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.

Msport.az “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Real”da çıxış edən Andrey Luninlə maraqlanır.

Klub 38 yaşlı Manuel Noyerin ciddi zədəsini unutmayıb, bu səbəbdən ona əvəzləyici axtarır. 25 yaşlı ukraynalı ən uyğun variant hesab edilir.

“Bavariya” 2025-ci ilin yayına qədər yeni qapıçı transfer etmək istəyir.

Bənzər xəbərlər