Ukraynalılar Şevçenkonun namizədliyini irəli sürdü - RƏSMİ
Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti Andrey Şevçenkonun namizədliyi UEFA İcraiyyə Komitəsinə sürülüb. Msport.az xəbər verir ki, UFA-nın mətbuat xidməti bu barədə məlumat yayıb.
Qərar Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsində (İK) qəbul olunub. Şevçenko UEFA İK-də iki postdan birinə iddia edəcək.
UEFA-nın 49-cu Konqressi aprelin 25-də Belqradda keçiriləcək.