featured-image-20756

Ukraynanın daha bir futbolçu qış transfer dövründə legioner karyerasına başlaya bilər. Msport.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, İspaniyanın “Jirona” klubu Kiyev “Dinamo”sunun vingeri Viktor Tsqankovla anlaşıb.

Tərəflər artlq müqavilənin şərtləri barədə razılığa gəliblər, Kiyev “Dinamo”su ilə danışıqlar isə son mərhələdidr.

Transferin yanvarda baş tutacağı gözlənilir. Tsqankov yayda artıq azad agent olacaq.

25 yaşlı futbolçu Ukrayna yığmasında 42 oyunda 7 qol vurub.

“Jirona” İspaniya La Liqasında 21 xalla 11-ci yeri tutur.

ANAR ABDULLAYEV  

 

 

Bənzər xəbərlər