Ulduz futbolçu ata olacaq
İngiltərənin “Mançester Siti” klubunun və Norveç yığmasının futbolçusu Erlinq Haaland ata olacaq.
Msport.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.
O, UEFA Millətlər Liqasının 3-cü turunun Norveç – Sloveniya (3:0) oyununda dubla imza atıb. 24 yaşlı futbolçu 2-ci qolu qeyd edərkən formasının altına topu yerləşdirib və sevgilisinin hamilə olduğuna işarə edib.
Qeyd edək ki, Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”nin formasını geyinib.