featured-image-65200

Argentinanın “San-Lorenzo” klubunda çıxış edən İker Muniain maaşların uzun müddət gecikdirildiyini açıqlayıb.

Msport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Biz aylarla maaş ala bilmirik. Bu, təkcə ailələrimizə birbaşa təsir etmir, həm də peşəkar fəaliyyətimizin normal inkişafını təhlükə altına salır”, – deyə Muniain vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı Muniain uzun illər formasını geyindiyi “Atletik”dən ötən ilin yayında “San-Lorenzo”ya keçib. O, Argentina klubu ilə bu ilin sonunadək müqavilə imzalayıb.

Bənzər xəbərlər