Ulduz futbolçu BƏƏ klubu ilə anlaşdı
“Milan”ın sabiq hücumçusu Luka Yoviç Birləşmiş Ərəb Əmirliklərinin “Sharjah” klubunun oyunçusu olacaq.
Msport.az xəbər verir ki, BƏƏ klubu yaxın zamanda transferi tamamlayacaq. 27 yaşlı serb ildə təxminən 7 milyon avro qazanacaq. “Milan”la müqaviləsi başa çatan Yoviç hazırda azad agentdir. O, 2023-cü ildən “Milan”ın şərəfini qoruyub, 47 oyunda 13 qol vurub, 2 məhsuldar ötürmə verib.
Hücumçu daha əvvəl “Fiorentina”, “Real”, “Ayntraxt”, “Benfika” və “Srvena Zvezda”da çıxış edib.