Ulduz futbolçu “Əl Nəsr”lə danışıqlara başladı
Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, seneqallı futbolçu “Bayern”də qalmaq istəsə də, Münhen klubu onunla yola davam etmək niyyətində deyil.
Buna görə də hücumçu “Əl Nəsr”la danışıqlar aparmağa razılıq verib.
Qeyd edək ki, Mane “Bayern”ə ötən yay qoşulub. O, Bundesliqada 25 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







