featured-image-63465

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

“Bunlar mənim “Mançester Siti”nin oyunçusu kimi son aylarım olacaq. Bütün futbolçular anlayır ki, nə vaxtsa belə bir gün gələcək. Və budur…

Futbol məni Mançesterə gətirdi. Bir xəyalın dalınca gedirdim və karyeramın bu dövrünün həyatımı dəyişəcəyini bilmirdim. Bu insanlar mənə hər şeyi verdilər. Və bütün titulları qazandıq.

Ancaq vidalaşmağın vaxtı gəldi. Mançester qəlbimdə əbədi qalacaq. Uşaqlarımın pasportlarında da qalacaq. Bu şəhər həmişə bizim evimiz olacaq. “Bu, hekayəmin ən yaxşı fəsli idi”, – deyə ulduz futbolçu yazıb.

Belçikalı pleymeyker 2015-ci ildən “Mançester Siti”də çıxış edir. O,  10 il ərzində 6 dəfə İngiltərə çempionu, 5 dəfə Liqa Kubokunun, 2 dəfə İngiltərə Kubokunun və Çempionlar Liqasın qalibi olub.

Bənzər xəbərlər