Ulduz futbolçu millidən getdi
Seneqal millisinin qapıçısı Eduard Mendi milli komandadakı çıxışını başa vurub.
Msport.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında məlumat yayıb.
34 yaşlı qolkiper 2018-ci ildə debüt etdiyi yığmada 8 il ərzində 36 oyun keçirib.
Mendinin Seneqalla ən böyük uğuru 2022-ci ildə Afrika Millətlər Kubokunda çempionluq olub. Seneqal finalda Misiri penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olub. Mendi həmin seriyada bir penaltini dəf edərək komandasının qələbəsində mühüm rol oynayıb.
Qapıçı Seneqalın heyətində 2022 və 2026-cı illərdə dünya çempionatlarında da iştirak edib. O, bu ilin sentyabrında ilin ən yaxşı qapıçısına verilən Yaşin mükafatına namizədlər sırasında yer alıb.
Klub karyerasını hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında davam etdirən Mendi daha əvvəl “Renn”, “Çelsi” və “Reyms”də çıxış edib.







