Ulduz futbolçu “Olimpiakos”dan ayrıldı
Xames Rodriqes qarşılıqlı razılaşma əsasında “Olimpiakos”la yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu haqda kolumbiyalı futbolçu şəxsi instaqram vasitəsiylə məlumat yayıb. Rodriqes klub rəhbərliyi və azarkeşlərinə təşəkkür edib.
31 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisiylə ötən yay müqavilə bağlamışdı. O, bu klubda keçirdiyi 23 oyunda 5 qol və 6 assistlə fərqlənib.
Xatırladaq ki, Xames karyerası ərzində “Portu”, “Real”, “Bayern Münhen” kimi klublarda çıxış edib.
Royal Türksoy







