Ulduz futbolçu qəza törətdi - Xəstəxanaya yerləşdirildi
“Latsio”nin və İtaliya millisinin hücumçusu Çiro İmmobile bu gün səhər saatlarında avtomobil qəzasına düşüb. Msport.az “La Gazzetta dello Sport” istinadən xəbər verir ki, futbolçu Romada idarə etdiyi avtomobili tramvaya vurub.
33 yaşlı forvard və ailə üzvləri xəstəxanaya aparılıb. Ümumilikdə hadisədən sonra 7 nəfər klinikaya yerləşdirilib.
İmmobile vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb.
ANAR







