Ulduz futbolçu üçün mövsüm bitdi
“Mançester Yunayted” ağır itkiylə üzləşib.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Lisandro Martines ciddi zədə alıb. 25 yaşlı müdafiəçi “Sevilya” ilə Avropa Liqası matçında (2-2) ayağından xəsarət alıb. Argentina millisiylə dünya çempionu olan Martines üçün cari mövsümün bitdiyi deyilir.
Qeyd edək ki, Martines “Mançester Yunayted”ə mövsümün əvvəlində “Ayaks”dan keçib.
Royal Türksoy







