Ulduz futbolçu üçün mövsüm bitdi
“Arsenal”ın yarımmüdafiəçisi Kay Haverts mövsümü başa vurub.
Msport.az xəbər verir ki, buna səbəb Almaniya millisinin üzvünün zədəli olmasıdır.
25 yaşlı futbolçu komandanın Dubaydakı təlim-məşq toplanışı zamanı xəsarət alıb. Tibbi müayinədən sonra Havertsin bud sümüyündə qopma diaqnozu qoyulub. Onun əməliyyata ehtiyacı olub-olmayacağı hələlik məlum deyil.
Yarımmüdafiəçi artıq bütün diqqətini 2025/26 mövsümünün startına hazırlaşmağa yönəldib.
Qeyd edək ki, Kay Haverts bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 15 qol vurub, 5 məhsuldar ötürmə verib.