featured-image-52623

Yarımmüdafiəçi İvan Perişiçin “Hayduk”la müqaviləsi ləğv edilib.

Msport.az xəbər verir ki, buna səbəb baş məşqçi Cennaro Qattuzo ilə aralarında yaşanan münaqişə olub.

Ulduz futbolçu qeyri-müəyyən müddətə komanda ilə məşqlərdən kənarlaşdırılıb. “Barselona”nın baş məşqçisi Hans Flik Xorvatiya millisinin üzvünü azad agent kimi komandaya dəvət edib. 35 yaşlı forvard özü də kataloniyalılarla sözləşmə bağlamağa hazırdı.

Qeyd edək ki, İvan Perişiç “Hayduk”a bu ilin yayında “Tottenhem”dən keçib.

Bənzər xəbərlər