Ulduz futbolçuya Braziliyadan təklif
“Qremio” “Yuventus”un yarımmüdafiəçisi Artur Melonun transferində maraqlıdır.
Msport.az Braziliya klubu yetirməsi olduğu 29 yaşlı futbolçuya artıq müqavilə təklifi edib.
Vəziyyət “Qremio”nun xeyrinədir, çünki futbolçunun Turin klubu ilə müqaviləsinə xitam verilərsə, transfer pulsuz həyata keçiriləcək. Tərəflər aktiv danışıqlar mərhələsindədir.
Qeyd edək ki, Melo son 6 ayı icarə əsasında “Jirona”da keçirib, lakin orada oynadığı 15 matçda heç nə ilə yadda qalmayıb.