Ulduz futbolçuya qarşı soyğunçuluq, 500 min avrosunu apardılar
PSJ-nin qapıçısı Canluici Donnarumma Patisdəki evində soyğunçuluğa məruz qalıb. Msport.az xəbər verir ki, bu barədə məlumatı “Actu17” portalı yayıb.
Qarət iyulun 20-dən 21-ə keçən gecə baş verib. Hadisə vaxtı italiyalı qapıçı öz sevgilisi ilə Parisdəki evdə olublar. Soyğunçular mənzildən 500 min avro pul aparıblar.
Donnaruma və sevgilisi cinayətkarların zorakılığına məruz qalıblar.
Ulduz futbolçu və qız evdə əlləri bağlı halda saxlanılıblar. Sonra onlar hadisə yerindən qaçaraq yaxınlıqdakı oteldə gecələyiblər.
Otel əməkdaşları polisə xəbər veriblər və şok vəziyyətində olan cütlüyə kömək ediblər. Qapıçı və xanımı xəstəxanaya çatdırılıblar.
ANAR







